ABŞ Ayı ələ keçirmək istəyir – Rusiya kənarda qalacaq?

6-05-2020, 15:34           
ABŞ Ayı ələ keçirmək istəyir – Rusiya kənarda qalacaq?
ABŞ Ayın resurslarını Rusiyanın iştirakı olmadan istismar eləmək niyyətindədir.

ABŞ hakimiyyəti beynəlxalq müqavilə layihəsini hazırlamaqdadır. Məqsəd müttəfiqləri ilə birlikdə yaxın onilliklərdə Aya kosmik stansiyalar və insanlar göndərməkdir. Gələcək Ay bazaları ətrafında təhlükəsizlik zonasını yaratmaq – rəqib ölkələr tərəfindən müdaxilənin qarşısını almaq və resurslar əldə eləmək məqsədi güdür. Rusiya – amerikalıların Beynəlxalq kosmik stansiyasında əsas tərəfdaşı olsa da, Birləşmiş Ştatların yeni layihəni müzakirə elədiyi ölkələrin sırasında daxil edilməyib. Bu məlumatı sənədlə tanış olan mənbələrə istinadla “Röyters” agentliyi yayıb. Mənbələrin dediyinə görə, Pentaqon Yer orbitindəki Rusiya peyklərinin manevrlərini təhlükə hesab edir, ona görə də, hələlik Moskvanın Ayın mənimsənilməsi layihəsində iştirak eləməsinə razı deyil. ABŞ bu razılaşmanı Avropa İttifaqı ölkələri, o cümlədən, Kanada, Yaponiya və Ərəb Əmirlikləri ilə müzakirə eləmək niyyətindədir. Agentliyin müsahibləri bildiriblər ki, söhbət ABŞ-ın və müttəfiqlərinin Aydakı hansısa ərazilərdə suverenlik bərqərar eləməyindən getmir.

Bir ay bundan əvvəl ABŞ prezidenti Aydakı və digər səma cisimlərindəki resursların istismarı barəsində fərman imzalayıb. Sənəddə deyilir ki, Birləşmiş Ştatlar kosmosu “ümudünya mülkü” hesab eləmir. Rusiyanın Xarici İşlər Nazirliyi Donald Trampın bu fərmanını kəskin tənqid eləmişdi.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru