İordan çayının qərbində bəzi ərazilərin İsrailə əlavə edilməsini tanımağa hazırıq - ABŞ səfiri

6-05-2020, 17:14           
İordan çayının qərbində bəzi ərazilərin İsrailə əlavə edilməsini tanımağa hazırıq - ABŞ səfiri
“ABŞ İsrailin suverenliyinin İordan vadisinin və İordan çayının qərbində salınmış yəhudi massivlərinin üzərində tanımağa hazırdır. Əgər İsrail gələn həftələrdə bu istiqamətdə addım atsa ABŞ bunu tanımağa hazırdır.”

SalamNews RT-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Devid Fredmən “İsrael Hayom” qəzetinə verdiyi açıqlamada deyib.

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin ikinci ildönümü ilə bağlı müsahibə verən səfir İordan çayının qərb sahilində bəzi ərazilərin üzərində İsrailin suverenliyinin tanınmasına hazır olduqlarını bildirib.

Lakin səfir bunun üçün İsrail tərəfindən istəyib ki, İordan çayının qərb sahilində “C” katiqoriyalı ərazilərdə onlar üçün “müəyyənləşdirilməmiş” ərazilərdə yəhudi yaşayış massivlərinin salınmasını dayandırsın, eləcə də ABŞ prezidentinin münaqişə ilə bağlı “Əsrin Sazişi” planının tələblərinə uyğun olaraq fələstinlilərlə danışıqları bərpa etsin.

Qeyd edək ki, bundan öncə ABŞ dövlət katibi Mayk Pompeo da eyni fikirlə çıxış edib.

Bildirək ki, ABŞ prezidentinin münaqişə ilə planı işğal altında olan İordan çayının qərb sahilindəki İordan vadisinin və bir sıra yaşayış massivlərinin İsrailin ərazisi kimi tanıyıb. Fələstin tərəfi bu planı qəti şəkildə rədd edir və bundan sonra ABŞ tərəfini məsələdə vasitəçi kimi qəbul etməyəcəyini deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.