Kim Çen In oxşarından istifadə edir –Yeni iddia

7-05-2020, 00:00           
Kim Çen In oxşarından istifadə edir –Yeni iddia
Şimali Koreya liderinin səhhəti ilə bağlı həftələrlə davam edən fərziyyələrdən sonra hazırda sosial şəbəkələrdə onun oxşarından istifadə etməsi iddiası müzakirə edilir.

Teref.az “Sputnik”-ə istinadla xəbər verir ki, mayın əvvəllərində gübrə zavodunun açılış mərasimində qeydə alınmış görüntülərdə Kim Çen In deyil, oxşarının əks olunmasına dair ehtimallar var.

Sui-qəsd nəzəriyyəçiləri Şimali Koreya liderinin köhnə şəkillərinin son görüntü ilə müqayisə ediblər.

“Twitter”-də şəkildəki şəxsin plastik əməliyyat keçirən adam olduğunu iddia edən bir çox istifadəçi var.

“International Business” qəzeti isə Kimin sui-qəsd riskini nəzərə alaraq oxşarından istifadə etdiyini iddia edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru