"ÜST-ün yüz milyonlarla dollar alması qəbuledilməzdir"

7-05-2020, 11:19           
"ÜST-ün yüz milyonlarla dollar alması qəbuledilməzdir"
ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusun yayılmasının öhdəsindən gələ bilmədiyi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ qurum yaradacaqlarını istisna etməyib.

Bu barədə “Fox Business” məlumat yayıb.

Jurnalist Pompeodan Ağ Evin ÜST-yə analoq yaradıb-yaratmayacağını soruşub. Dövlət katibi də buna konkret cavabdan yayınsa da, bu ehtimalı istisna etməyib.
Pompeonun sözlərinə görə, hazırda ABŞ Prezident Administrasiyası hansı addımın daha yaxşı olacağını nəzərdən keçirir. O, Donald Trampın onların qarşılarına ÜST-nin yenidən uğursuzluğa düçar olmasının qarşısını almaq kimi konkret məqsəq qoyduğunu açıqlayıb.

“Vəzifələrini yerinə yetirmədiyi təqdirdə ÜST-nin yüz milyonlarla ABŞ dolları alması qəbuledilməzdir”, - ABŞ dövlət katibi deyib.
Qeyd edək ki, daha əvvəl Tramp koronavirusun yayılmasına görə ÜST-ni ittiham etmiş və quruma maliyyə yardımının dayandırıldığını açıqlamışdı.

“Report”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru