ÜST açıqladı: "Bir il ərzində 190 min insan koronavirusdan ölə bilər"

8-05-2020, 00:15           
ÜST açıqladı:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının Afrika qitəsində yarada biləcəyi problemlər haqqında açıqlama edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qitədə virusa qarşı lazımi qaydaların tətbiq olunmadığı təqdirdə 29-44 milyon nəfərin pandemiyaya yoluxa biləcəyi bildirilib.

"Koronavirusun nəzarət alınması üçün lazımi tədbirlər görülməzsə, Afrikada bir il ərzində 83 mindən 190 minədək insan ölə bilər" deyə əlavə edilib.

Qeyd edək ki, Afrika qitəsində 51 968 nəfər koronavirusa yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru