Gürcüstan Saakaşviliyə görə səfiri geri çağırdı

8-05-2020, 12:33           
Gürcüstan Saakaşviliyə görə səfiri geri çağırdı
Gürcüstan Mixail Saakaşvilinin Ukraynada vəzifəyə təyin edilməsinə etiraz olaraq Kiyevdəki səfiri Teymuraz Şareşenidzeni geri çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani məlumat verib.

"Gürcüstanda mühakimə olunan və axtarışda olan şəxsin strateji tərəfdaş ölkədə vəzifəyə təyin edilməsi Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidzenin məsləhətləşmələr üçün geri çağırılması ilə bağlı qərar üçün əsas oldu" ,- deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru