“Çin koronavirusu qəsdən yaymayıb” – TRAMP

8-05-2020, 17:51           
“Çin koronavirusu qəsdən yaymayıb” – TRAMP
“Çin yeni növ koronavirus (COVID-19) infeksiyasını qəsdən yaymayıb”.

Teref.az apa-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“Onlar dəhşətli bir şey ediblər, amma bunu qəsdən etdiklərinə inanmıram”, – deyə ABŞ Prezidenti bildirib.

O qeyd edib ki, Çinin bacarıqsız idarəçiliyinə görə bu virus ölkədən kənara yayılıb.

Xatırladaq ki, D. Tramp və Dövlət katibi Mayk Pompeo Çini koronavirusun yayılmasında, faktların gizlədilməsində və pandemiyaya vaxtında reaksiya verməməkdə ittiham edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru