ABŞ-da insanlar koronavirusdan çox, infarktdan və xərçəngdən ölür – STATİSTİKA

8-05-2020, 18:38           
ABŞ-da insanlar koronavirusdan çox, infarktdan və xərçəngdən ölür – STATİSTİKA
ABŞ-da insanların Kovid-19-dan çox, infarkt və xərçəng xəstəliklərindən öldüyü bəlli olub.

“Voll Strit Jurnal” (Wall Street Journal) nəşrində dərc edilən xəbərdə 2020-ci ildə indiyə qədər infarkt xəstəliyindən ölənlərin sayının Kovid-19 qurbanlarının sayından 3 qat artıq olduğu bildirilir.

Milli Səhiyyə Statisrikası Mərkəzinin (NCHS) ölüm statistikalarına istinad edilən xəbərində yanvar-aprel aylarında ABŞ-da 1 milyon insanın dünyasını dəyişdiyi, bu insanların 230 min nəfərinin infarktdan vəfat elədiyi bildirilir. Məlumata görə, bu müddət ərzində ABŞ-da 200 min nəfər xərçəng, 75 min nəfər Kovid-19, 61 min nəfər xroniki təngnəfəslik, 55 min nəfər qəza, 52 min nəfər iflic üzündən vəfat edib.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru