Rəsmi Berlin: II Dünya Müharibəsində yalnız Almaniya günahkardır
8-05-2020, 19:24
Almaniyanın Xarici İşlər Naziri Heiko Maas alman tarixçisi Andreas Virşing ilə birlikdə “Der Spiegel”də II Dünya Müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş məqalə dərc edib.
Qaynarinfo xəbər verir ki, məqalədə “Almanlar 1933-cü il yanvarın 30-da həyata keçirilməsinə icazə verdikləri şeyin (həmin gün Adolf Hitler Reyx Kansleri təyin edilib), eləcə də özlərini Milli Sosializmdən xilas etməyi bacara bilməməmələrinin cəzasını çəkdilər” sözləri yer alıb.
Ayrıca nəşrdə, Polşa və Baltikyanı ölkələr də daxil olmaqla bir sıra dövlətlərdə II Dünya Müharibəsinin sona çatdığı günün “qarışıq duyğularla” qarşılandığı xatırlanır. Bununla birlikdə Maas və Virşing II Dünya Müharibəsinin tarixinin “milli miflər” ilə əvəz edilməməsinin vacibliyini vurğulayıb.
“Yalnız təkcə Almaniya İkinci Dünya Müharibəsini Polşaya hücum etməklə başlatdı və Holokost cinayətlərinə görə yalnız Almaniya məsuliyyət daşıyır”, – yazan məqalə müəllifləri digər millətləri cinayətkar kimi təqdim etməməyə çağırış ediblər.