Amerika Birləşmiş Statlarının (ABŞ) prezidenti Donald Tramp koronavirusun sonda öz-özünə yox olacağını bildirib.
Publika.az “RIA Novosti” yə istinadla xəbər verir ki, o, bu barədə jurnalistlərə açılamasında deyib:
“Mən yalnız həkimlərin dediklərinə güvənirəm. Deyirlər ki, özü yox olacaq. Bu o demək deyil ki, bu il payızda və ya payızdan sonra yox olacaq. Bəzi məqamlarda bəlkə də özü yox olacaq. Lakin, peyvəndimiz olsaydı daha faydalı olardı”.