Daha bir ölkədə fövqəladə vəziyyət rejimi UZADILDI

9-05-2020, 06:38           
Daha bir ölkədə fövqəladə vəziyyət rejimi UZADILDI
Peru prezidenti Martin Viskarra yeni növ koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin uzadılacağını elan edib.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, prezident bu barədə Facebook hesabında məlumat paylaşıb.

Dövlət başçısı deyib ki, fövqəladə vəziyyət rejimini 24 may tarixinə qədər, daha iki həftə uzatmaq lazımdır.

Siyasətçinin fikrincə, əvvəlki 54 günlük karantin nəticəsində infeksiyanın yayılmasında üç qat azalma əldə edilib.

Qeyd edək ki, Peruda ümumilikdə 61 847 yoluxma faktı və yeni növ koronavirusun səbəb olduğu xəstəlikdən 1 714 ölüm halı qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru