Şahzadə Faysal Səudiyyə Ərəbistanında tutuldu: Onun həbsdə olduğu yer gizli saxlanılır- FOTO

10-05-2020, 15:49           
Şahzadə Faysal Səudiyyə Ərəbistanında tutuldu:
Səudiyyə Ərəbistanı səlahiyyətliləri ölkənin keçmiş kralı Abdullah bin Abdulazizin oğlu şahzadə Faysalın saxlanıldığını bildiriblər.

Bu barədə “Human Rights Watch” (HRW) məlumat yayıb.

Səudiyyə Ərəbistanı rəhbərliyi 27 martdan bəri ev həbsində saxlanılaraq, nəzarət altında tutulan şahzadə Faysalın hər kəs ilə təmasının kəsildiyini, iki günə öncə isə həbs olunduğunu bəyanlayıb. Onun harada olduğu haqqında məlumat isə gizli saxlanılır.

Şahzadə Faysalın daha əvvəl də tutulduğuna işarə edilən açıqlamada onun korrupsiya istintaqı çərçivəsində 2017-ci ilin noyabr ayında paytaxt Ər-Riyadda, 5 ulduzlu “Ritz Carlton” otelində saxlanılan 300-dən çox məmur və kral ailəsinin üzvlərindən biri olduğu qeyd olunub.

Suudi Arabistan'da Prens Faysal bin Abdullah gözaltına alındı ...

Səudiyyə Ərəbistanı hökumətinin son aylarda kral sülaləsi üzvlərini hədəfə aldığı qeyd olunan açıqlamada, kral Salmanın qardaşı, şahzadə Əhməd bin Abdulaziz və 2017-ci ilin iyununda vəzifəsindən kənarlaşdırılan keçmiş vəliəhd Məhəmməd bin Nayifin də mart ayının əvvəlində tutulduğu bildirilib.

Həbs olunan şahzadələrin bir çoxu qanunu pozub və ya korrupsiyaya bulaşıb. Lakin həbs olunan şahzadə Faysal yazılanlara görə, bu cür insan deyil. Onun nə üçün həbs olunması isə konkret olaraq, hələ də açıqlanamayıb.

Sosial mediada şahzadə Faysala böyük dəstək də var.

Şahzadə Faysal kimdir ?
Şahzadə Faysal 1 noyabr 1974-cü ildə Frankfurtda anadan olub. Təhsilini başa vurduqdan sonra 1996-1998-ci illərdə işlədiyi Səudiyyə Baxım və Əməliyyat Şirkətinin vitse-prezidenti təyin edilib. 2001-ci ildə "Alsalam Aviasiya və Kosmik Sənaye"də vitse-prezident vəzifəsini icra edib və sonra 2013-cü ilədək orada prezident olaraq çalışıb. Səudiyyə Ərəbistanı Hərbi Sənayesi (SAMI) icra komitəsinin sədridir. 2019-cu ilin mart ayında isə Səudiyyə Ərəbistanının Berlində səfiri təyin edilib.

Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.