İran freqatı təlimdə digər hərbi gəmini vurdu, ölən və yaralılar var

11-05-2020, 09:47           
İran freqatı təlimdə digər hərbi gəmini vurdu, ölən və yaralılar var
İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb.

Hadisə Oman körfəzində baş verib. “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

Gəmidə baş verən partlayışda onlarla insan yaralanıb, azı iki nəfər ölüb. Hadisə nəticəsində “Konarak”ın batdığı iddia edilir.

Hələ ki, İran ordusu məlumata rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, “Jamaran” adlı freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasının tərkibinə daxil edilib. Freqat hava, dəniz və yerüstü hədəfləri müşahidə etmək üçün radiolokasiya sistemləri, habelə müasir elektron mübarizə vasitələri ilə təchiz olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.