Şok olay: xalq polisləri diz çökdürdü - FOTO

2-06-2020, 00:05           
Şok olay: xalq polisləri diz çökdürdü - FOTO
Afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan nümayişlərdə etirazçılarla polis arasında maraqlı anlar yaşanıb.
Teleqraf.com-un məlumatına görə ağdərili polis tərəfindən zorakılıqla öldürülən Corc Floyd üçün ədalət tələb edən fəallar və Oklahoma şəhər polisi qarşılıqlı olaraq həmrəylik nümayiş etdirərək diz çöküblər. Tərəflər bir-birinə dəstək olduqlarını bildiriblər. Görüntülər sosial mediada izləmə rekordu qırıb.

Xatırladaq ki, 46 yaşlı Corc Floyd Minneapolisdə Derek Çauvin adlı polis məmuru tərəfindən dələduzluqda şübhəli bilinərək tutulub və uzun müddət "nəfəs ala bilmirəm" deyə yalvarmasına baxmayaraq zorakılıqla öldürülüb. Görüntülər ölkədəki qaradərili insanlara qarşı polis zorakılığını təzahür etdirib və bir çox şəhərdə, ilk növbədə Minneapolisdə etirazlara səbəb olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru