Yaponiyada İmperator sarayı iki aylıq fasilədən sonra ictimaiyyət üçün açılıb

2-06-2020, 09:06           
Yaponiyada İmperator sarayı iki aylıq fasilədən sonra ictimaiyyət üçün açılıb
Koronavirus pandemiyasına görə bağlanmış Yaponiya İmperatoru Sarayının Şərq bağı iyunun 2-də iki aylıq fasilədən sonra yenidən ictimaiyyət üçün açılıb.

AZƏRTAC İmperator saray dəftərxanasına istinadla xəbər verir ki, bağı hər gün səhər və günorta saatlarında təqribən 50 nəfərin ziyarət etməsinə icazə verilir. Ziyarətçilər Şərq bağı ilə yanaşı, İmperator kolleksiyaları muzeyinə də baxa bilərlər. Onlardan tibbi maska taxmaları xahiş edilir və saray xidmətçiləri onların temperaturunu ölçür.

Xatırladaq ki, Şərq bağı martın 28-də, İmperator kolleksiyaları muzeyi isə fevralın 29-da koronavirus təhlükəsi ilə əlaqədar bağlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru