Haftar daha bir qələbəsini elan etdi

2-06-2020, 10:47           
Haftar daha bir qələbəsini elan etdi
Xəlifə Həftarın hərbi birləşmələri paytaxt Tripolidən 100 kilometr məsafədə yerləşən əl-Əsabiya şəhərini yenidən nəzarətə götürüb.
XeberOxu.Az xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun nümayəndəsi Əhməd əl-Mismari açıqlama verib.

O bildirib ki, bu əl-Cəbəl əl-Qərbi şəhərində təkfiri birləşmələrinə qarşı həyata keçirdiyi hava hücumlarından sonra baş verib. Şəhər mayın 21-dən etibarən Milli Razılıq Hökumətinin nəzarətində idi.

Daha əvvəl Xəlifə Həftar ölkəyə rəhbərlik etmək qərarı aldığını və Mərakeşin Sxirat şəhərində 2015-ci ildə imzalanmış siyasi tənzimləmə müqaviləsinin ləğv olunduğunu açıqlamışdı.

Onun sözlərinə görə, xalqın istəklərinə uyğun olaraq Liviya ordusu ölkədə idarəetməni öz üzərinə götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru