Ağdərili polisi yumruqlayan qadını qaradərili həmkarı bir zərbə ilə yerə sərdi - VİDEO - FOTO

2-06-2020, 11:11           
Ağdərili polisi yumruqlayan qadını qaradərili həmkarı bir zərbə ilə yerə sərdi - VİDEO - FOTO
ABŞ-ın Merilend ştatının ən böyük şəhərlərindən olan Baltimorda qaradərili polis sosial şəbəkələrdə yayılan videodan sonra işindən uzaqlaşdırılıb.

Milli.Az Daiylmail-ə istinadla xəbər verir ki, videoda ağdərili polisə qarşı yumruqla müqavimət göstərən qadının qaradərili polis tərəfindən bir zərbəylə yerə sərilməsi əks olunub.

Polis özü kimi neqroid irqinə məxsus qadını vurduğuna görə vəzifəsindən kənarlaşdırılıb. Polis departamentindən verilən məlumata görə, həmin polislə bağlı araşdırma aparılır.

Yerə yıxılan qadın saxlanılaraq cəzaçəkmə müəssisəsinə aparılıb. O, hospitalda müayinə edildikdən sonra yenidən Central Booking-ə gətirilib. Onun adı mətbuata açıqlanmır.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru