“Moskvanın mövqeyi məlumdur” Mariya Zaxarova

2-06-2020, 23:06           
“Moskvanın mövqeyi məlumdur” Mariya Zaxarova
Donald Trampın G7 görüşlərinin tərkibini genişləndirmək fikri düzgündür, lakin həqiqətən universal format təmin etmir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə deyib.

Zaxarovanın sözlərinə görə, Moskvanın bu məsələdəki mövqeyi məlumdur.
"Dünya siyasətinin və iqtisadiyyatının problemlərini Qərb ölkələrindəki eksklüziv klublar çərçivəsində həll etmək mümkün deyil. Lakin, məsələn, Pekinin iştirakı olmadan qlobal əhəmiyyət kəsb edən ciddi tədbirləri çətin ki həyata keçirmək mümkün olsun", deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru