ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib

3-06-2020, 09:12           
ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib
ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Maliyya naziri Stiven Mnuçin qeyd edib ki, ABŞ bu "korrupsiya rejimini dəstəkləyənləri və Venesuela xalqının davamlı əzab çəkməsinə töhfə verənləri təqib etməyə davam edəcək".

Məlumata əsasən, sanksiyalar həmçinin bu şirkətlər tərəfindən istifadə edilən dörd neft tankerinə qarşı da tətbiq edilib.

Bildirilir ki, Vaşinqtonun sanksiyalar tətbiq etdiyi şirkətlərdən üçü Marşal adalarında, biri isə Yunanıstanda qeydiyyatdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru