Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var

3-06-2020, 09:19           
Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var
ABŞ-ın Nyu-York şəhərində atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yerli vaxtla təxminən saat 21:00-dan sonra (Bakı vaxtı ilə 05:00) silahlı şəxs odlu silahdan istifadə edərək iki nəfəri yaralayıb.

Hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı ağır yaralayıblar. O, daha sonra ölüb. İnsident zamanı iki polis əməkdaşı xəsarət alıb.

Qeyd edilir ki, ötən gecə ərzində Nyu-Yorkda afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı təxminən 700 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru