"Birlikdə barışıq axtarın" Hayko Maas

3-06-2020, 21:38           
"Birlikdə barışıq axtarın" Hayko Maas
Almaniyanın xarici işlər naziri Hayko Maas Amerika şəhərlərini mühasirəyə alan etiraz dalğasını yatırtmaq üçün qoşun yeritməyə söz verən ABŞ Prezidenti Donald Trampın təhdidlərinə narazılığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl dövlət başçısı hər qubernatoru Milli Qvardiyanı kifayət qədər miqdarda işə cəlb etməyə çağırıb və hər hansı bir şəhər və ya əyalət sakinlərinin həyatı və əmlakını qorumaq üçün lazımlı hərəkətləri etməkdən boyun qaçırarsa ABŞ hərbi qüvvələrini yerləşdirəcəyini söyləyib.

Bu sözlər isə Almaniyada narazılığa səbəb olub.

"Atəşə yanacaq tökmək əvəzinə barışıq axtarmalıyıq. Aramızda nifaq səpmək əvəzinə, radikal ekstremistlərə qarşı birlikdə işləməliyik", deyə Maas bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru