Yaponiya koronavirusa qarşı vaksinin hazırlanmasına 300 milyon dollar ayıracaq

4-06-2020, 09:11           
Yaponiya koronavirusa qarşı vaksinin hazırlanmasına 300 milyon dollar ayıracaq
Yaponiya bütün dünya üzrə az təmin olunan əhali üçün vaksinin hazırlanması ilə məşğul olan beynəlxalq quruma 300 milyon dollar vəsait ayıracaq.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiya hökuməti bu addımı vaksinlərin hazırlanması ilə məşğul olan Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) koronovirusla mübarizəni gücləndirmək barədə çağırışına cavab olaraq atacaq.

Xatırladaq ki, Yaponiya hökuməti həmin təşkilata 100 milyon dollar ayırmağı öhdəsinə götürsə də, sonradan bu rəqəmi 200 milyon dollara qaldırmışdı.

Baş nazir Şinzo Abenin bu barədə bu gün GAVI-nin təşkil etdiyi görüşdə videomüraciətlə çıxışı zamanı bildirəcəyi gözlənilir.

Bildirilir ki, hökumət təşkili gələn ilə dəyişdirilmiş “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının baş tutması üçün vaksinin hazırlanmasına və istifadəsinə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru