ABŞ-da silah satışları 80 faiz artıb - FOTO

4-06-2020, 11:37           
ABŞ-da silah satışları 80 faiz artıb - FOTO
May ayında ABŞ-da silah satışları təxminən 80 faiz artıb. Silah dükanları sahiblərinin sözlərinə görə, Corc Floydun polis zorakılığı nəticəsində vəfat etməsindən sonra başlayan hadisələr silah satışlarının artmasına səbəb olub.

Redaktor.az xəbər verir ki, Kiçik Silahların Təhlili və Proqnozları (SAAF) şirkətinin araşdırmasına görə, may ayında ABŞ-da təxminən 1,7 milyon silah satıldığı məlum olub. Bu rəqəm ötən ilin may ayı ilə müqayisədə 80,2 faiz çoxdur.

Federal Təhqiqat Bürosunun (FBI) cinayət qeydlərinə əsaslanan araşdırmada tapança satışlarının keçən ilə nisbətən 94 faiz, uzun lüləli silah satışının isə 66,3 faiz artdığı məlum olub.

Şimali Karolinadakı Hyatt Guns mağazasının sahibi Larri Hyatt prezident seçkiləri öncəsi silah satışının ənənəvi olaraq artdığını açıqlayıb. COVID-19 dönəmində də satışların artdığını ifadə edən Hyatt, son nümayişlər də daxil olamqla, silah satışında ilk dəfə üç amilin bir araya gəldiyini qeyd edib.

Bundan başqa, ölkədə ilk dəfə silah almış insanların sayı ötən illə müqayisədə 67 faiz artıb. Hər 5 nəfərdən 2-si qadın olan müştərilərin orta xərcləri 595 dollar olaraq qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru