"Belarus müxalifətini Rusiya oliqarxları maliyyələşdirir" – Lukaşenko

5-06-2020, 00:00           
"Belarus müxalifətini Rusiya oliqarxları maliyyələşdirir" – Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə sensasiyalı açıqlama verib.

Moderator.az-ın məlumatına görə, Lukaşenko ölkəsində baş verənlərə görə Rusiyanı ittiham edib. O, rəsmi Moskvanın xeyir-duası ilə bir qrup rusiyalı oliqarxın Belarus ərazisində, eləcə də paytaxt Minskdə kütləvi aksiyaları maliyyələşdirdiyini deyib.

Lukaşenko öz ölkəsində insanların əslində hakimiyyətlə həmrəy olduğunu qeyd edib, iqtidara etiraz edənləri xarici qüvvələrin təsiri altında olan öyrədilmiş radikal kütlə adlandırıb. Maliyyə cəhətdən tam təmin olunmuş və yaxşı təşkilatlanmış radikal müxalifətin Rusiyadan gələn pullarla hərəkətə keçdiyini əminliklə söyləyən Belarus prezidenti açıq mətnlə danışacağını vurğulayaraq deyib: "Onlarla həmişə meydanlarda üz-üzə gəlib toqquşuruq. Bizimlə savaşanlar "Bel-Çırvona-Belı" müxalifət bayrağını və Avropa İttifaqının bayrağını dalğalandıra-dalğalandıra bizi devirib hakimiyyəti ələ keçirmək istəyirlər. Rusiyalı oliqarxlar nə qədər pul xərcləsələr də, Belarus radikal müxalifətinin planları baş tutmayacaq".

Xatırladaq ki, bu il avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Bu seçkidə də namizədliyini verməyi planlaşdıran Aleksandr Lukaşenko altıncı dəfə prezident kürsüsündə oturmaq üçün seçki ərəfəsində siyasi rəqiblərini, prezidentliyə namizəd olacaq müstəqil şəxsləri təqib etməkdə, həbsə atdırmaqda davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.