Daha bir ölkə koronavirusa görə vətəndaşlarına pul ödəməyə başladı

5-06-2020, 00:02           
Daha bir ölkə koronavirusa görə vətəndaşlarına pul ödəməyə başladı
Sinqapur vətəndaşlara koronavirusa görə pul paylamağa başlayıb.

Əslində, Sinqapur hələ apreldə vətəndaşların köməyinə gəlmişdi. Ölkənin maliyyə naziri Hen Svi Kitin sözlərinə görə, iyunun 18-də ikinci yardım kampaniyası başlayacaq. Hər vətəndaş gəlirindən asılıq olaraq 300-600 Sinqapur dolları arası kömək alacaq. Yəni təxminən 215-430 ABŞ dolları arası yardımdan söhbət gedir.

Svi Kit çıxışında müxtəlif kateqoriyalar üzrə başqa kömək olacağını da bildirib. Məsələn, 20 yaşına çatmamış ən azı bir uşağı olan ailələrə əlavə 300, yaşı 50-ni keçmiş vətəndaşlara isə 100 Sinqapur dolları veriləcək.

Bundan başqa, ölkə iqtisadiyyatının dəstəklənməsinə 70.3 milyard dollar ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru