“ABŞ kəşfiyyatı” məsələsi: Putin niyə “Azərbaycan” dedi?

28-04-2015, 10:32           
“ABŞ kəşfiyyatı” məsələsi: Putin niyə “Azərbaycan” dedi?
“Rusiya Azərbaycana qarşı fəaliyyət göstərməyəcək”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Modest Kolerov deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanla əlaqələrini heç bir halda qırmayacaq:

“Moskva sadəcə olaraq Bakıya keçmişdə və indinin özündə olan bütün anti-rusiya fəaliyyətlərini yaxşı bildiyini xatırladır. Rusiya ilə Azərbaycan arasında körpülər yandırılmayıb və bundan sonra da heç vaxt yandırılmayacaq. Ən azından ona görə ki, biz qonşuyuq”.

Qeyd edək ki, bundan öncə Modest Kolerov öz Feysbuk səhifəsindəki açıqlamasında Putinin dünənki çıxışı ilə Türkiyədən sonra Azərbaycana mesaj göndərdiyini vurğulamışdı.

Onu da xatırladaq ki, dünən “Rossiya-1” telekanalında yayımlanan “Prezident” filmində Vladimir Putin Azərbaycandakı ABŞ kəşfiyyatının Şimali Qafqazdakı terrorçulara dəstək verdiyi haqda məlumat vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru