Dövlət başçısı telefon zənginə cavab vermədi – Sinirlər gərilir

29-06-2020, 00:02           
Dövlət başçısı telefon zənginə cavab vermədi –
Fələstin dövlətinin başçısı Mahmud Abbas ABŞ dövlət katibi Mayk Pompeonun telefon görüşü tələbini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Mahmud Abbas ötən həftə İsrail və ABŞ rəsmiləri arasında ilhaqla əlaqədar sıx telefon görüşləri vaxtı ona zəng etmək istəyən Pompeonun təklifini geri çevirib.

Əlavə edək ki, İsrail hökuməti bundan əvvəl Qərbi Şəriyyə və İordan Vadisini ilhaq edəcəklərini açıqlayıb. Bu, Fələstin hökuməti tərəfindən sərt etirazla qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru