Çində koronavirus peyvəndi insanlar üzərində uğurla sınaqdan keçirildi

29-06-2020, 08:47           
Çində koronavirus peyvəndi insanlar üzərində uğurla sınaqdan keçirildi
Çinin “China National Biotec Group” (CNBG) şirkəti koronavirusa qarşı peyvəndin insanlar üzərində uğurla sınaqdan keçirilməsi ilə bağlı bəyanat yayıb.

“İnterfaks” xəbər verir ki, şirkət eyni zamanda iki peyvəndi test edib və müsbət nəticələr əldə olunub.

İlkin məlumatlara görə, peyvənd vurulmuş 1120 sağlam şəxsin hamısında sonradan anticisimlər aşkarlanıb.

Bundan savayı, CNBG-nin Uhan bölməsi uğurlu peyvənd sınağını həyata keçirib. Yekun sınaqların Birləşmiş Ərəb Əmirliklərində aparılacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru