Çinin koronavirusa qarşı peyvəndi təsdiqləndi

30-06-2020, 09:11           
Çinin koronavirusa qarşı peyvəndi təsdiqləndi
Çində koronavirus peyvəndi hərbi istifadə üçün təsdiqlənib.

Bu barədə “CanSino Biologics” məlumat yayıb.

COVID-19-a qarşı rekombinant peyvəndi “CanSino Biologics”, Pekin Biotexnoligiya İnstitutu və Çin Xalq Azaqlıq Ordusunun Hərbi-Tibbi Elmlər Akademiyası hazırlayıb.

“Ümumi kliniki sınaqların nəticəsi göstərir ki, Ad5-nCoV peyvəndi SARS-CoV-2 koronavirusunun səbəb olduğu xəstəliyin yaranmasının qarşısının alınması üçün potensiala malikdir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Çində koronavirus peyvəndinin kliniki sınaqlarının birinci və ikinci mərhələləri uğurla keçib, lakin kütləvi istifadə üçün ölkənin müvafiq qurumunun icazəsi tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru