Bayden Trampa meydan oxudu: Gəl, görək kim ağıllıdır?

1-07-2020, 12:45           
Bayden Trampa meydan oxudu:
ABŞ prezidentliyinə namizəd Cozef Bayden ABŞ Prezidenti Donald Trampı debata çağırıb.

Axar.az xəbər verir ki, bunu Bayden Delaver ştatında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu debatlar zamanı kimin ağıllı olduğu üzə çıxacaq.

Trampla yarışacağı yeganə yerin payızda baş tutacaq debatlar olduğunu bildirib.

Qeyd edək ki, Tramp bundan öncə dəfələrlə Baydenin əqli qabiliyyətini şübhə altına qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.