Yer kürəsinin su altında qalan 8-ci qitəsinin sirri açıldı

2-07-2020, 12:51           
Yer kürəsinin su altında qalan 8-ci qitəsinin sirri açıldı
Yeni Zelandiyanın alimləri təxminən 23 milyon il əvvəl su altında qalan Yer kürəsinin səkkizinci qitəsinin sirrini ortaya çıxarıblar.

KONKRET.az xəbər verir ki, geoloqlar tektonik məlumatlara əsasən Zelandiyanın ətraflı xəritəsini tərtib ediblər.

Məlum olub ki, ərazinin yoxa çıxan hissəsi təxminən 85 milyon il əvvəl qədim superqütblü Gondvanadan ayrılıb.

Bu ərazinin sahəsi təxminən beş milyon kvadrat kilometr olub. Tektonik qüvvələrin təsiri ilə qitə okeanın suyu altında qalıb.

Batmış qitənin hipotezi ilk dəfə 2017-ci ildə irəli sürülüb. Alimlər hesab edirlər ki, səkkizinci qitə Sakit okean plitəsinin Zelandiya kontinental səthindən aşağı düşməyə başlaması nəticəsində itib. Qitənin təməli çöküb və su altında qalıb.

Daha əvvəl Pravda.ru yazmışdı ki, Fransadan olan geoloqlar Avstraliyadakı həmkarları ilə birlikdə Hind okeanının cənubundakı qayaların tərkibini araşdırıblar. Nəticədə yeni bir qitənin meydana gəlməsi prosesinin burada başladığı qənaətinə gəliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.