Səudiyyə yeni neft münaqişəsinə hazırlaşır

3-07-2020, 00:03           
Səudiyyə yeni neft münaqişəsinə hazırlaşır
Səudiyyə Ərəbistanının Rusiya ilə neft müharibəsinə görə bazarda elə təlatüm yaranmışdı ki, hələ də sabitlik uzaq görünür. Bir barelin qiyməti 40 dolları çətinliklə keçir.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı yeni neft müharibəsinə hazırlaşır. Ölkənin energetika naziri Əbdüləziz ben Salman əl-Səud sərt danışıb. O, Anqola və Nigeriyanın OPEK+ razılaşmasının çərçivələrini aşmağa cəhd göstərdiyini bildirib. Nazir bu halda yeni neft müharibəsinə başlamalı olduqlarını söyləyib.

Əbdüləziz ben Salman əl-Səudun sözlərinə görə, krallıq razılaşmanın pozulması üzündən qiymətləri kəskin aşağı sala bilər: “Biz bilirik, bu iki ölkənin təklif etdiyi məhsulun alıcıları kimdir”. Nazir konkret ad çəkməyib.

Səudiyyə Ərəbistanı iyunun əvvəllərində də sərt bəyanatlar vermişdi. Anqola və Nigeriya ilə yanaşı, İraq, Qazaxıstan da ittiham olunurdu. Həmin ölkələr öhdəliyi yerinə yetirə bilməmişdi. Buna baxmayaraq, vəzifənin öhdəsindən iyulda gəlmək vəd olunmuşdu.

Səudiyyə Ərəbistanı martın 6-da Rusiya ilə ortaq məxrəcə gələ bilməyəndən sonra neftin qiyməti azı iki dəfə aşağı düşmüşdü. Hasilatın artırılması bazarda tələb-təklif balansını pozmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.