Çin hamısını qadağan etdi: Yutub, Votsap, İnstaqram...

3-07-2020, 00:02           
Çin hamısını qadağan etdi: Yutub, Votsap, İnstaqram...
Çin hökuməti dünya üzrə populyar bir sıra sosial platformaların ölkə ərazində fəaliyyətinə qadağa qoyub.

Axar.az xəbər verir ki, yeni qərarla Yutub, Vikipedia, Neftliks, Tumblr, İnstaqram, Reddit və Votsapın fəaliyyəti Çində dayandırılır.

Bundan əlavə, Qərb media orqanları – BBC, “Nyu York Tayms”, “Blumberq”, “İndependent”, “Le Monde”, “Frans 24”, “Dailymotion” və “Ekonomist”in yayımı da Çində məhdudlaşdırılıb.

Qeyd edək ki, Hindistan bundan öncə bir sıra Çin istehsalı sosial şəbəkələrə (Tik Tok, Wechat və s.) qadağa qoymuşdu. Hazırda Qərb ölkələrində Çindən yayılan sosial platformlar üzərində məhdudiyyətin tətbiq edilməsi müzakirə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru