Bu əbləhi tanıyın və tanıdın - Oğraşlıq adətkarlıqdır

28-04-2015, 17:51           
Bu əbləhi tanıyın və tanıdın - Oğraşlıq adətkarlıqdır
Həzrəti Nuh Allahın elçisi olaraq seçiləndə oğlu da onu inkar edənlər sırasına keçdi və suda boğuldu. Tanrı peyğəmbəri üzünü Uca Dərgaha tutaraq soruşdu: “Nədən doğma oğlumun ürəyi möhürləndi və məhv olanlardan oldu?” Yaradandan cavab gəldi: “Ya Nuh, o sənin oğlun deyildi”. Yəni Nuhun oğlu sayaraq böyütdüyü insan əslində haramzadə olub, haram döldən törəyib. Uca Yaradan Qurani-Kərimin 66-cı surəsində də peyğəmbərlərdən Nuhun və Lutun qadınlarının xəyanət yolunu seçdiyi bildirməklə, bu fikri bir daha təsdiqləyir.

Biz azərbaycanlılar da bir vaxt Rusiyada yazıçılıqla məşğul olan Eduard Baqirovu Azərbaycanın oğlu sayırdıq. Hətta rus millətçisi Tesak onu döyəndə də ürəyimizdə ona qarşı bir mərhəmət hissi oyanmışdı. Düzdür, pedofillərə qarşı mübariz kimi aç çıxarmış Tesak onu ruslar haqqında dediyi həddindən tərbiyəsiz və təhqiramiz sözlərə görə cəzalandırırdı. Amma hər halda bir azərbaycanlı kimi ürəyimizdə onu müdafiə edirdik. Sonradan aydın oldu ki, Eduard Baqirov sadəcə Tesakın ofisinə getməklə "işverənlik" edirmiş. Tesakın onu döyməsinin görüntüləri 2014-cü il avqustun 1-də “Youtube”da yayıldı və iki həftə sonra Tesak həbs edildi.

Eduard Baqirovun “yaradıcılığı” ilə yaxından tanış olandan sonra məlum olur ki, bu, onun ilk "işverənliyi" deyil. 2008-ci ildə yazdığı “Sevgililər” romanında o, Moskvanın Biryulevo səmtində alver edən azərbaycanlılar barədə də "işverənlik" edib. Romanında o, Biryulevo bazarındakı azərbaycanlıların narkotika alveri ilə məşğul olduğunu iddia edir. Romanda azərbaycanlılar narkoman, cinayətkar, savadsız və əxlaqsız adamlar kimi təqdim edilir. Bir neçə il sonra Rusiya polisi heç bir əsas olmadan bazarı dağıtdı və minlərlə azərbaycanlı deportasiya edildi, minlərlə ailə çörəksiz qaldı.

Təbii ki, azərbaycanlılara belə nifrət edən adam azərbaycanlı ola bilməz. Xüsusilə də son günlərdə verdiyi müsahibələrdə Eduard Baqirov öz iç üzünü açıb. Moskvada uydurma erməni soyqırımının 100 illiyi ilə bağlı tədbirlərə qatılan Baqirov Rusiya mətbuatına müsahibə verərək azərbaycanlılar barədə ağır sözlər işlədib, ermənilərdən uydurma soyqırıma görə üzr istəməsini xatırladıb. Azərbaycanlıların ermənilərə dəhşətli nifrət etdiyini bildirən Baqirov respublikada ruslara qarşı da ciddi nifrət olduğunu ilddia edir: “Azərbaycanlılar ruslarala oxşar mənəvi mentalitetə malik deyillər. Azərbaycan bizə Ermənistandan daha az dostdur”.

Ruslara və azərbaycanlılara nifrət edən, erməniləri sevən Eduard Baqirov əslində gedib soy-kökü barədə axtarış aparmalıdır. Pasportuna milliyəti azərbaycanlı, adı Eduard İsmayıl oğlu Bağırov yazılan bu adam azərbaycanlı ola bilməz. O, doğulduğu Mərv (Marı) şəhərinə gedib, qonum-qonşudan, qohum-əqrabasından həqiqi atasının kim olduğunu öyrənməlidir. Əgər hansısa Andranikin oğlu olduğu ortaya çıxarsa, problem yoxdur. Deməli, qan öz sözünü deyir. Yox, həqiqi atasını tapa bilməzsə, bizim gözümüzdə haramzadə kimi qalacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.