İran nüvə tədqiqatlarını davam etdirir- Açıqlama

22-07-2020, 00:06           
İran nüvə tədqiqatlarını davam etdirir- Açıqlama
İran İslam Şurası Məclisinin (parlament) milli təhlükəsizlik komitəsinin nümayəndəsi Əbdülfəzl Əmuyi Fordo nüvə təsisatında 4,5 faiz səviyyəsinə uranın zəngiləşdirilməsi prosesinin davam etdiyini bildirib.

Azərtac xəbər verir ki, Natanz nüvə obyektində baş verən yanğından sonra İran parlamentində hadisənin araşdırılması üçün komissiya yaradılıb. Komissiya üzvləri Natanz ilə yanaşı, digər nüvə obyektlərində də aparılan işlərlə tanış olaraq hesabat hazırlayıblar. Hesabatda qeyd olunub ki, yanğın obyektin fəaliyyətinə və aparılan nüvə tədqiqatlarına ciddi təsir göstərməyib.

Komissiya İranın Nüvə Enerjisi Təşkilatı ilə əməkdaşlıq edərək hazırladıqları hesabatda nəzərə çatdırıblar ki, məqsədə nail olunana kimi, nüvə tədqiqatları davam etdiriləcək. Heç bir sanksiya və hədə-qorxu İranı yolundan döndərə bilməz. Komissiya onu da vurğulayıb ki, İran nüvə tədqiqatlarını yalnız sülh məqsədləri üçün həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru