İngiltərə hökuməti restoranlarda hesabı ödəyir

4-08-2020, 08:43           
İngiltərə hökuməti restoranlarda hesabı ödəyir
İngiltərədə dövlət avqust ayı ərzində həftənin 3 günü restoranlarda hesabın yarısını ödəyəcək.

Axar.az xəbər verir ki, koronavirus epidemiyasına görə qida və içki sektorunda mübarizə aparan müəssisələrə dəstək vermək üçün hökumətin başlatdığı proqram çərçivəsində ölkə daxilində 72 min restoran və kafelərdə hesabın yarısı dövlət tərəfindən ödəniləcək.

Maliyyə naziri Rişi Sunak proqramın məqsədinin qida və içki sənayesində çalışan 1 milyon 800 min aşpaz, ofisiant və sahibkarları qorumaq olduğunu söyləyib.

Yeni qayda avqust ərzində bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri tətbiq olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru