Tramp Çin şirkətindən “dolya” istəyir

4-08-2020, 09:04           
Tramp Çin şirkətindən “dolya” istəyir
Prezident vurğulayıb ki, sosial şəbəkəni məhz “böyük, təhlükəsiz və olduqca amerikan şirkəti” almalıdır və Microsoft bu şərtlərə tam cavab verir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun dövləti Çinin TikTok sosial şəbəkəsinin satışına görə ByteDance şirkətindən pay almalıdır, çünki bu razılaşmanın gerçəkləşməsini məhz o mümkün edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mediate yazıb.

“Payın böyük hissəsi Birləşmiş Ştatların Xəzinəsinə daxil olmalıdır, çünki biz bu razılaşmanın ümumiyyətlə baş tutmasına imkan yaradırıq”, - Tramp deyib.

O qeyd edib ki, tətbiqin qismən deyil, tamamən satın alınmasında təkid edir. Trampın fikrincə, əks halda Çinin amerikan vətəndaşlarını izləmək imkanı qalacaq.

Prezident vurğulayıb ki, sosial şəbəkəni məhz “böyük, təhlükəsiz və olduqca amerikan şirkəti” almalıdır və Microsoft bu şərtlərə tam cavab verir.

Bundan öncə Dövlət katibi Mayk Pompeo bildirmişdi ki, ABŞ Çinin TikTok və WeChat sosial şəbəkələrini onların istifadəçilərin şəxsi məlumatlarını ÇXR-ə ötürməsi şübhəsinə görə qadağan edilməsi məsələsini gözdən keçirir.

Sonra Prezident Donald Tramp da hökumətin bu tətbiqləri ÇXR rəhbərliyindən qaynaqlanan milli təhlükəsizliyə təhdid səbəbindən qadağan etmək niyyətini təsdiqləmişdi.

Microsoft şirkəti isə öz növbəsində TikTok-un pay sahibi olmaq niyyətini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru