Rəsmi Moskvadan “Vaqner” döyüşçüləri ilə bağlı Belarus təhdid: "Onları incitməyə imkan verə bilmərik"

5-08-2020, 00:00           
Rəsmi Moskvadan “Vaqner” döyüşçüləri ilə bağlı Belarus təhdid:
“Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində yazıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatına münasibət bildirən Rusiya XİN-in rəsmisi bildirib ki, Minskdə saxlanılan Rusiya vətəndaşlarının günahı heç nə ilə sübut olunmayıb.

“Bunun ətrafında qurulan tamaşaya gəldikdə isə, biz imkan vermərik ki, onları incitsinlər. Bunu Minskdə gözəl bilirlər”, – deyə M. Zaxarova vurğulayıb.

Xatırladaq ki, iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir/APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru