Səudiyyə Ərəbistanında benzinin qiyməti artıb

12-08-2020, 00:04           
Səudiyyə Ərəbistanında benzinin qiyməti artıb
“Saudi Aramco” şirkəti Səudiyyə Ərəbistanında benzinin qiymətini artırıb.

Open.az xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

Şirkət bu gündən “91” markalı benzinin qiymətini 1,29 Səudiyyə rialından (SRI) 1,43-ə, “95” markalı “Premium” yanacağı isə 1,44 SRI-dən 1,60-a qaldırıb.

Agentliyin xəbərində qeyd olunur ki, cari ilin fevralından Krallıqda benzinin qiymətləri on gündən bir yenilənir. Şirkət Səudiyyə Ərəbistanında yanacağın qiymətlərini dünya bazarlarına uyğun olaraq tənzimləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.