General-mayor: "Gec-tez bunun qisasını alacağıq"

14-08-2020, 10:19           
General-mayor: "Gec-tez bunun qisasını alacağıq"
Eastnews.org-un verdiyi xəbərə görə, bu sözləri İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Səlami ABŞ-ın Bağdadda təşkil etdiyi terror hücumu nəticəsində həlak olan baş general-leytenant Qasim Süleymaninin xatirəsini yad edib.

İslam İnqilabının coğrafiyasını İslamın düşmənləri ilə davamlı qarşıdurma sahəsi kimi şərh edən general-mayor Səlami "Bütün bu münaqişələrin ortaq məxrəci bir tərəfdə İslam İnqilabının, digər tərəfdə ABŞ-ın rəhbərlik etdiyi qlobal imperializmin olması idi", - deyə bildirib.

O, "Biz müharibənin qaydasını həqiqi döyüş meydanından çıxartdıq və Qüds qüvvəsi də həqiqi döyüş meydanında çox sayda düşmənə qalib gəlmək bacarığını nümayiş etdirdi", - söyləyib.

General-mayor Səlami sözlərinə belə davam edib:

“Düşmənlər general Süleymanini şəhid etməklə özləri üçün daim intiqam mənbəyi yaratdılar. Gec-tez bunun qisasını alacağıq"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru