Pozner peyvənddən danışdı: “Putin özünü gülünc vəziyyətə qoyacaq siyasətçi deyil”

16-08-2020, 00:06           
Pozner peyvənddən danışdı: “Putin özünü gülünc vəziyyətə qoyacaq siyasətçi deyil”
Rusiyalı məşhur teleaparıcı Vladimir Pozner Rusiyanın koronavirusa qarşı qeydiyyata aldığı ilk peyvənddən danışıb.

Cebhe.info xəbər verir ki, Pozner Rusiyanın koronavirusa qarşı peyvənd tapan ilk ölkə olmaq istəməsini normal qarşılayıb: “Rusiya hakimiyyəti epidemiya iə mübarizədə uğur qazanan ilk ölkə olmaq istəyir. Yaxşı olardı ki, biz uğur qazanaydıq və dünyada koronavirusa qarşı peyvənd hazırlayan ilk ölkə olaydıq. Ancaq çayı keçmədən çırmanmaq olmaz".

Pozner onu da bildirib ki, peyvəndin qeydiyyatının Putin tərəfindən elan edilməsi onu düşünməyə vadar edir: "Ola bilsin ki, Putinə müxtəlif cür yanaşırlar. Ancaq o, boş söz danışmaz. Putin özünü gülünc vəziyyətə qoyacaq siyasətçilərdən deyil. Ola bilsin ki, Putin peyvənd barədə məlumatları və zəmanəti alimlərdən tam dəqiq alıb".

Xatıladaq ki, Putin 11 avqustda hökumət üzvləri ilə görüşdə koronavirusa qarşı ilk peyvəndin qeydiyyata alındğını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru