Beyrut partlayışı: Prezident də istefaya gedir?

16-08-2020, 00:00           
Beyrut partlayışı: Prezident də istefaya gedir?
Livan Prezidenti Mişel Aunun avqustun 4-də Beyrut limanında baş verən partlayışla əlaqədar olaraq vəzifəsini tərk etmək niyyəti yoxdur.

Axar.az xəbər verir ki, M.Aun bu barədə BFM telekanalına müsahibəsində bəyan edib.

“Əgər vəzifədən ayrılsaydım, yeni seçkilər təşkil etməliydim, bu da indi mümkün deyil”,- o deyib.
M.Aun özünü xalqın bir fərdi hesab edib:

“Livanlının acısını bölüşürəm və baş verənləri yaxından izləyirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.