Qrenlandiyanın buz qalxanı dönməzliyə qədər əriyib - Alimlər iddia edirlər

17-08-2020, 00:47           
Qrenlandiyanın buz qalxanı dönməzliyə qədər əriyib - Alimlər iddia edirlər
Qrenlandiyanın buz qalxanı dönməzlik nöqtəsinə qədər əriyib və Ohayo Universitetinin alimləri təsdiqləyirlər ki, qlobal istiləşmənin yavaşıdılması üzrə göstərilən səylər artıq onun dağılmasını dayandıra bilməyəcək.

«Hətta əgər biz, 20-30 il əvvəlki iqlimə qayıda bilsək belə, qalxan onsuz da öz kütləsini sürətlə itirməkdə davam edəcək» - deyə, «CNN» araşdırmanın həmmüəllifi professor İena Xovatdan sitat gətrir.

Qrenlandiya buz qalxanı hər il okeana 280 milyard metrik ton buz ərintisi tullayır. Bu da onu Dünya okeanı səviyyəsinin qalxmasının nəhəng mənbəyinə çevirir. Son illər buz itkisi o qədər əhəmiyyətli olub ki, proses hətta Qrenlandiya üzərində cazibə (qravitasiya) sahəsinin dəyişməsinə gətirib çıxardıb. Qrenlandiyada buzun əriməsi hər il dəniz səviyyəsinin 1 millimetrdən artıq qalxmasına səbəb olur. Tədqiqat həm də göstərib ki, buz qalxanı sürətli silkələnmə ilə geri çəkilir ki, bu da Dünya okeanının səviyyəsinin proqnoza gəlməyən qalxmasına gətirib çıxardır və nəticələrə hazırlığı çətinləşdirir.

Əgər iqlim dəyişməsi indiki ahənglə davam edərsə, qalxmanın ərimə sürəti daha yüksək olacaq, nəticələrini isə proqnoz etmək çətinləşəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.