Svetlana Tixanovskaya: "Belarusun milli lideri olmağa hazıram"

17-08-2020, 11:20           
Svetlana Tixanovskaya: "Belarusun milli lideri olmağa hazıram"
Belarusda avqustun 9-da keçirilmiş seçkilərdə prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya ölkəsinin milli lideri olmağa hazır olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, o, bu barədə "Youtube"də yayımlanan müraciətində bildirib.

O, Belarusda vəziyyətin sabitləşməsi, həyatın normal ritminə qayıtması üçün məsuliyyəti üzərinə götürməyə və milli lider qismində çıxış etməyə hazır olduğunu bəyan edib.

S. Tixanovskaya qeyd edib ki, ölkədəki bütün siyasi məhbuslar sərbəst buraxılmalı, həmçinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz qəbul edəcəyi həqiqi, ədalətli və şəffaf seçkilərin təşkili üçün qanunvericilik bazası və şərtlər hazırlanmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru