Yüz minlər küçələrə çıxdı, Lukaşenko yenə Putinə zəng vurdu VƏZİYYƏT DRAMATİKLƏŞİR

17-08-2020, 11:25           
Yüz minlər küçələrə çıxdı, Lukaşenko yenə Putinə zəng vurdu VƏZİYYƏT DRAMATİKLƏŞİR
Ötən gün Minskdə yüz minlərlə insanın avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə və kütləvi həbslərə, işgəncələrə etiraz olaraq küçələrə çıxmasından sonra Belarus prezident Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında daha bir telefon danışığı olub.

Virtualaz.org xəbər verir ki, Kremlin yaydığı məlumata əsasən avqustun 16-da axşam iki ölkə rəhbərləri yenidən telefon danışığı aparıblar. Söhbət zamanı Lukaşenko və Putin Belarusda seçkilərdən sonra yaranmış situasiyanı, xüsusən də ölkəyə xaricdən edilən təzyiqləri müzakirə ediblər. Bundan əlavə Putin yenidən Moskvanın Minskə respublikadakı problemin İttifaq dövləti haqda müqavilə əsasında və KTMT xətti ilə həll edilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Lukaşenko Putinə bundan əvvəl avqustun 15-də zəng vurmuşdu və Belarusda yaranmış vəziyyətə müdaxilə etməyi istəmişdi. Lukaşenko demişdi ki, Rusiya prezidenti “ilk sorğudaca kömək etməyə hazır olduğunu” bildirib.

Ötən gün Minskdə olduqca izdihamlı aksiya baş tutub, “Minsk- Qəhrəman şəhər” abidəsinin qarşısındakı meydana 200 mindən çox insan toplaşıb. Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etməyib. Toplaşanlar Lukaşenkonun hakimiyyətdən getməsini, etirazlar zamanı həbs olunanların azadlığa buraxılmasını tələb ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.