Lukaşenko: “İstəsəniz, yeni prezident, parlament seçkiləri keçirilə bilər"

17-08-2020, 20:53           
Lukaşenko: “İstəsəniz, yeni prezident, parlament seçkiləri keçirilə bilər"
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə yeni prezident seçkilərinin keçirilə biləcəyini deyib.

Pravda.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, A. Lukaşenko bildirib ki, yeni Konstitusiya qəbul edildikdən sonra prezident seçkiləri yenidən keçirilə bilər.

"Yoldaşlar, bu belə olacaq. Sizin də istədiyiniz kimi, yeni Konstitusiyanı qəbul etməliyik Hətta alternativ qüvvələr də buna qarşı deyil. Yeni Konstitusiya isə referendumda qəbul olunmalıdır. Sonra istəsəniz, yeni prezident, parlament, yerli hakimiyyət orqanlarına seçkilər keçirilə bilər", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru