Çində koronavirus əleyhinə peyvənd üçün ilk dəfə patent hüququ verilib

17-08-2020, 22:59           
Çində koronavirus əleyhinə peyvənd üçün ilk dəfə patent hüququ verilib
in Xalq Respublikasının Dövlət Əqli Mülkiyyət İdarəsi Hərbi Tibb Elmlər Akademiyasına və “CanSino” Bioloji Akademiyasına koronavirus (COVID-19) əleyinə peyvəndi üçün ilk dəfə olaraq patent hüququ verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə idarənin saytında dərc edilmiş sənəddə əks olunub.

İyun ayının əvvəlində “Ad5-nCoV” peyvəndinin bir il müddətinə ölkədə hərbi istifadəsi üçün xüsusi icazə alınıb.

Bildirilib ki, siçan və donuzlar üzərində aparılmış tədqiqatın nəticələrinə görə, peyvənd qısa müddətdə orqanizmdə hüceyrələrin intensiv immun reaksiya verməsinə imkan verir.

Nəticədə 14 gün sonra “nCoV” ağciyər toxumasının daxilində olan virus yükü əhəmiyyətli dərəcədə azalır.

Bundan əlavə, peyvəndin asan və tez hazırlanması qeyd olunur ki, bu da vaksinin qısa müddətdə kütləvi istehsal olunmasına imkan verəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.