Daha bir ölkə Lukaşenkonun qələbəsini tanımadı

18-08-2020, 11:01           
Daha bir ölkə Lukaşenkonun qələbəsini tanımadı
İrlandiya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır. Azvision.az xəbər verir ki, bu barədə İrlandiyanın Xarici İşlər naziri Simon Koven bəyan edib.

Belarusdakı hadisələrdən narahatlığını ifadə edən nazir seçkilərindən sonra müşahidə olunan insan haqları pozuntularını qətiyyətlə pisləyib.

"Seçkilərin nəticələri qanuni deyildir. Seçkilərdən əvvəl və sonra baş verən hədə-qorxu və həbs hadisələri buna sübutdur. İrlandiya seçki nəticələrini Belarus xalqının demokratik iradəsinin əsl təzahürü hesab etmir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru