Belarus olayları Rusiyaya sıçrayır? – Diplomatdan şok açıqlama

18-08-2020, 23:06           
Belarus olayları Rusiyaya sıçrayır? –
"Belarusdakı gərgin situasiya birbaşa qonşu Rusiyaya da təsir edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev deyib. “Belarus nə qədər sakitdirsə, ruslar da sakitdir”, - diplomat bildirib.

Belarusda kütləvi etirazlar avqustun 9-da – hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərindən sonra başlayıb. Müxalifət seçkidə Lukaşenkonun yox, onun rəqibi Svetlana Tixanovskayanın qalib gəldiyinə inanır. Rəsmi məlumatlara görə, kütləvi aksiyalar zamanı 6.7 mindən çox insan nəzarətə alınıb. İğtişaşlarda yüzlərlə insan xəsarət alıb, bunların arasında 120-dən çox asayiş keşikçisi var. İki etirazçı həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru