Ölkədə hərbi çevriliş: Nazirlər və qərargah rəisi girov götürüldü

18-08-2020, 23:14           
Ölkədə hərbi çevriliş:
Malinin paytaxtı Bamakoda bəzi nazirlərin və yüksək rütbəli hərbçilərin girov götürüldüyünə dair məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, yerli media Bamakodan 15 kilometr məsafədə yerləşən Kati qarnizonunda səhər saatlarında fəallaşmanın olduğu barədə xəbər verib.

Nazirlərin və digər yüksək vəzifəli hökumət adamlarının hərbi qüvvələr tərəfindən girov götürüldüyü iddia edilib. Saxlanılanlar arasında ölkənin Baş qərargah rəisi Turenin olduğu vurğulanıb.

Ölkənin hüquq mühafizə orqanları da baş nazirin ofisinin yaxınlığından silah səslərinin eşidildiyini təsdiqləyib. Silahlı Qüvvələrin dövlət çevrilişinə cəhd etdiyi bildirilib.

Ölkədə müxalifət may ayından bəri Prezident İbrahim Bobakar Keytaya qarşı etiraz aksiyaları keçirir. Müxlif qruplar Keyta istefa vermədən geri çəkilməyəcəklərini bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.